XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqası: "Xırdalan"dan qələbə
İdman 23:58 / 08.12.2023

Azərbaycan Basketbol Liqasında (ABL) VII turun növbəti oyunları keçirilib. "Sərhədçi” İdman Mərkəzində baş tutan günün ilk oyununda iki debütant – "Xəzri” və "Sumqayıt” üz-üzə gəliblər.

Liderlər qrupunda qərarlaşan "Xəzri” rəqibi üzərində 95:85 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "Xəzri”dən Cordan Perkins (19 xal, 12 asist, 11 ribaund), "Sumqayıt”dan isə Smit Roderik (19 xal, 8 ribaund) olublar.

Günün ikinci görüşündə yerli "Sərhədçi” ilə "Xırdalan” qarşılaşıblar. Rəqibini 79:57 hesabı ilə məğlub edən "Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb. "Sərhədçi”dən Cekson Rid (13 xal, 4 asist), "Xırdalan”dan isə Cakori Arçi (21 xal, 3 ribaund) ən məhsuldar basketbolçular olublar.


19585 oxunub

InvestAZ