XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu il vikipediyada hansı sorğu üstünlük təşkil edib?
İdman 16:11 / 08.12.2023
Kriket üzrə Dünya Kuboku-2023 vikipediyada ilin ən populyar üç sorğusundan biri olub. Siyahıda birinci yeri generativ süni intellektə malik "ChatGPT” çatbot tutub. Reytinqdə ikinci yerdə "2023-cü ildə dünyasını dəyişənlər” - sorğusu qərarlaşıb. Kriket üzrə dünya kuboku bu siyahıda üçüncü yerdədir. Xatırladaq ki, kriket üzrə Dünya Kuboku 2023-cü il oktyabrın 5-dən noyabrın 19-dək Hindistanda keçirilib. Avstraliya komandası tarixdə altıncı dəfə yarışın qalibi olub. Dünya çempionatının finalında Avstraliya yığması Hindistan komandasına qalib gəlib. Komandalar əvvəllər 2003-cü ildə dünya çempionatının finalında üz-üzə gəliblər. Daha sonra Avstraliya komandası da birinci olub.

Məlumat üçün bildirək ki, kriket Hindistan və Pakistanda ən populyar idman növlərindən biridir.

23486 oxunub

InvestAZ