XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bobsley əfsanəsi böyük idmana qayıdır
İdman 15:29 / 08.12.2023
Əfsanəvi bobsleyç Elana Myers Taylor Pekin-2022 Qış Olimpiya Oyunlarından sonra ilk dəfə beynəlxalq yarışlar qoşulacaq. 2022-ci ilin noyabrında ikinci oğlu Noyanı dünyaya gətirən Elana bu səbəbdən idmandakı çıxışına fasilə verib. O, NBC telekanalına verdiyi müsahibəsində deyib: "Bu mövsüm mənim məqsədim Dünya kubokuna iki uşaqla gəlməyin mümkün olub-olmadığını görmək və mümkün olan ən yaxşı nəticələr üçün mübarizə aparmaqdır. Bu, böyük bir təcrübə kimi hiss olunur, amma bobsleyi sevirəm, Əgər bacarsam, yarışmaq istəyirəm. Mən 2026-cı ildə iki Olimpiya qızıl medalı uğrunda mübarizə aparmaq istəyirəm”.

Qeyd edək ki, 39 yaşlı Mayers Taylor bobsleydə ən çox Olimpiya medalı qazanan idmançıdır. Onun medal kolleksiyasında üç Olimpiya oyunlarının üç gümüş və iki bürünc medalı yer alıb.

19524 oxunub

InvestAZ