XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Azərreyl” məğlub oldu
İdman 11:20 / 08.12.2023

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan "Xarı Bülbül Şuşa” və "Azərreyl” komandaları üz-üzə gəlib. Gərgin keçən matçın qalibi 4 setdə müəyyənləşib. İlk hissədə "Xarı Bülbül Şuşa” qalib gəlsə də, "Azərreyl” növbəti hissəni aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib. Lakin Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirib və sonrakı setlərdə də qələbə qazanıb -3:1.

Günün ikinci oyunu isə MOİK və "Murov Az Terminal” komandaları arasında olub. "Murov Az Terminal”ın idman zalında təşkil olunan qarşılaşmada Fərid Cəlalovun yetirmələri 3:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, xallarının sayını 9-a çatdıran "Xarı Bülbül Şuşa” turnir cədvəlində liderliyi ələ keçirib. Hərəyə 8 xal toplayan "Azərreyl” və "Murov Az Terminal” 2-ci və 3-cü yerdə qərarlaşıb.

"Xarı Bülbül Laçın” və "Neftçi” 4 xalla 4-cü və 5-ci pillələri bölüşürlər. Sonuncu yerdə olan MOİK-in isə xalı yoxdur.


18342 oxunub

InvestAZ