XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda FIA Baş Assambleyasının yekun iclası keçirilir
İdman 11:58 / 08.12.2023

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının Heydər Əliyev Mərkəzində illik yekun iclası keçirilir.

TədbirdəFIA prezidenti Mohammed Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və digər rəsmi şəxslər çıxış ediblər.

Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma mərasiminin Bakıda təşkil olunmasının əhəmiyyətindən bəhs edib. O, bu kimi tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib: "Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər, həmçinin, digər layihələr həyata keçirir”.

Azərbaycanın 2016-cı ildən "Formula 1” yarışlarına ev sahibliyi etdiyini xatırladan Anar Ələkbərov Bakı küçələrində Qran-prinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb.

O cümlədən, Bakıda FIA həftəsinin uğurla keçməsində və yaddaqalan alınmasında əməyi olan hər kəsə, eyni zamanda, FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq bildirilib.



19524 oxunub

InvestAZ