XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı”, Sumqayıt isə “Gənclər Paytaxtı” seçildi
İdman 21:22 / 07.12.2023

Dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.

Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçiliblər.

Kollegiyada, həmçinin 2025-ci il üçün "Gənclər Paytaxtı” da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün "Gənclər Paytaxtı” seçilib.

Xatırladaq ki, bu il yanvarın 19-da keçirilmiş kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin "Gənclər Paytaxtı” seçilib.

Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı müzakirə edilərək qəbul olunub.



21133 oxunub

InvestAZ