İdman 18:26 / 07.12.2023
Dekabrın 8-nə keçən gecə Mayamidə 2024-cü il Amerika Kubokunun püşkatma mərasimi keçiriləcək. Bu mərasim üçün səbətlərin tərkibi turnirin rəsmi saytında dərc olunub.
Səbət 1.Argentina, Meksika, ABŞ, Braziliya.
Səbət 2.Uruqvay, Kolumbiya, Ekvador, Peru.
Səbət 3.Çili, Panama, Venesuela, Paraqvay.
Səbət4. Yamayka, Boliviya, Kanada/Trinidad və Tobaqo, Kosta Rika/Honduras.
Rəsmi olaraq birinci səbətə ayrılan komandalar artıq qruplara yerləşdirilib. Argentina A, Meksika B, ABŞ C və Braziliya isə D qrupunda yer alacaq. 4-cüsəbətdən Amerika Kubokunun iki iştirakçısı pley-in raundunda müəyyənləşəcək. Komandalar gələn il martın 23-də ABŞ-da bir oyun keçirəcək. 2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Final Avro 2024-ün finalı ilə eyni gündə baş tutacaq.
Püşkatma mərasimi dekabrın 8-də Bakı vaxtı ilə saat 01:30-da başlayacaq.