XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



 “Qoca Sinyora” Mülleri izləyir
İdman 17:18 / 07.12.2023

"Yuventus" "Bavariya"nın hücumçusu Tomas Mülleri transfer etməkdə maraqlıdır. "Sport Bild xəbər verir ki, "Qoca Sinyora” rəhbərliyi alman futbolçunun müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti diqqətlə izləyir. Əgər "Bavariya" fikrini dəyişsə, "Yuventus" hücumçunu azad agent kimi tez bir zamanda heyətinə cəlb edəcək.

Qeyd edək ki, 34 yaşlı futbolçu ilə "Mançester Yunayted", "İnter" və "Milan" da yaxından maraqlanır. Müller 16 ildir (2007-ci ildən) "Bavariya”da oynayır. Bu mövsüm forvard Münhenlilərin heyətində bütün turnirlərdə 15 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir. "Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.


19797 oxunub

InvestAZ