XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gələn il Azərbaycanda iki seçki keçiriləcək
İdman 14:14 / 07.12.2023

Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.

Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də Sərəncam imzalayıb.

Həmin ilin dekabrında isə ölkədə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir.

Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu bələdiyyə seçkiləri isə 2019-cu il dekabrın 23-də keçirilib.


19508 oxunub

InvestAZ