XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilər ölkə kubokunda mübarizə aparırlar
İdman 16:09 / 06.12.2023

Dekabrın 6-da "Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan kuboku yarışına start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, 2005-2008-ci illər, 2009-cu il və ondan kiçik təvəllüdlü idmançılar arasında keçirilən yarış şəxsi, qoşa, qarışıq-qoşa və komanda formatında keçirilir. Turnirin təşkil olunmasında əsas məqsəd stolüstü tennisin təbliği və kütləviliyinin təmin olunması, güclü və perspektivli idmançıların üzə çıxarılması, müxtəlif yaş qrupları üzrə seçmə komandaların heyətinin müəyyənləşdirilməsi və idmançıların hazırlıq potensialının artırılmasıdır. Ölkə kuboku yarışı dekabrın 9-dək davam edəcək.


20928 oxunub

InvestAZ