XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Arzu Qulamov: “İnanıram ki, festivalın sorağı ölkə hüdudlarını aşacaq” - MÜSAHİBƏ
İdman 16:55 / 05.12.2023

"Bu gün bizim üçün əlamətdar hadisənin həyata keçdiyi bir tarix kimi yadda qalacaq”.
Bu sözləri Azərbaycan kinomotoqrafçılar İttifaqının üzvü, Avrasiya Teleradio Akademiyasının həqiqi üzvü Arzu Qulamov MOK-un inzibati binasında keçirilən film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib.

O, film festivalının sorağının təkcə ölkəmizdə deyil, ölkə hüdudlarından kənardan da eşidiləcəyini qeyd edib:
"Bu gün ikinci İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi üçün yeni bir tərəfdaşlıq müqaviləsi imzalandı. Azərbaycanda idmanın, xüsusilə də cüdonun inkişafına böyük töhfələr verən "Cüdo Klub-2012” İctimai Birliyi festivalın etibarlı tərəfdaşı oldu. Biz bununla böyük idmançı kütləsinin diqqətini həyata keçirəcəyimiz bu layihəyə yönəldə bilərik. Hesab edirik ki, tezliklə tərəfdaşlarımızın sayı daha da artacaq. Festivalın keçirilməsində medianın da rolu əvəzsizdir. İnanıram ki, festivalın sorağı ölkə hüdudlarını aşacaq”, - deyə Arzu Qulamov bildirib.


25684 oxunub

InvestAZ