XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə çempionatı başa çatdı
İdman 16:03 / 04.12.2023

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda keçirilən karate üzrə Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Karate Federasiyasından (AKF)verilən məlumata görə, 600-ə yaxın idmançının iştirak etdiyi ölkə birinciliyində paytaxtla yanaşı, bölgələrdən ümumilikdə 50-yə yaxın komanda mübarizə aparıb.

Son yarış günü yeniyetmə, gənc və böyüklərin gərgin mübarizəsi ilə yadda qalıb. Turnirin qalib mükafatçıları diplom və medallarla təltif ediliblər. Mükafatları idmançılara AKF-in vitse-prezidenti Rəhman Hətəmov və federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar milli komandanın heyətində hazırlıqlara cəlb olunacaqlar.



22229 oxunub

InvestAZ