XƏBƏR LENTİ
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024



Şahmat üzrə rayon turniri keçirilib
İdman 13:16 / 04.12.2023

Masallıda "Heydər Əliyev ili " çərçivəsində rayonun müxtəlif təhsil ocaqlarında çalışan 30 nəfər müəllimin iştirakı ilə şahmat üzrə rayon turniri keçirilib. Yarışın mükafatlandırma mərasimində ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yarışın rəsmi hissəsində çıxış edən qonaqlar turnirin təşkilində əsas məqsəd və vəzifələrdən danışıblar. Bildirilib ki, yarışın təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin əziz tutulması, şahmat idman növünün inkişafı və müəllimlər arasında sağlam həyat tərzinin təbliği olunmasından ibarətdir.

Olimpiya sistemi üzrə keçirilən turnirdə ilk üç yeri tutan şahmatçılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə də Uşaq Gənclər İdman Şahmat Məktəbinin diplom və medalları təqdim olunub.


5263 oxunub

InvestAZ