XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: “Sabah” erkən qollarla səfərdə qələbə qazandı
İdman 17:46 / 03.12.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları keçirilir. Turun ikinci oyun gününün ilk qarşılaşması Tovuzda təşkil olunub. "Kəpəz" klubu "Sabah"la qarşılaşıb. Oyun "Sabah” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisinin heyətində 6-cı dəqiqədə Anatoli Nuriyev hesabı açıb. Matçın 15-ci dəqiqəsində isə Yeqor Xvalko avtoqol müəllifi olub. Murad Musayevin komandası bu qələbədən sonra xallarının sayını 19-a yüksəldib. Aktivində 10 xalı olan "Kəpəz" isə sonuncu pillədə qərarlaşıb.


20219 oxunub

InvestAZ