XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şakil O Nili qabaqlamaq mümkündür
İdman 18:12 / 02.12.2023

Milli Basketbol Assosiasiyasında 2023-cü il layihəsinin ilk ümumi səsverməsinə yekun vurulub. "San Antonio Spurs” komandasında çıxış edən Viktor Vembanyama liqada maraqlı statistik rekorda imza atıb. 19 yaşlı Vembanyama ötən ay hər oyunda orta hesabla 20,1 xal və 10,3 ribaund yığıb. Beləliklə, Viktor NBA tarixində hər təqvim ayında orta hesabla 20 xal və 10 ribaund yığan ən gənc basketbolçu olub.
Qeyd edək ki, bu rekord daha əvvəl Şakil O Nilə (20 yaş 267 günlük) məxsus idi.
Vembanyamanın hazırda 19 yaş 330 günlük yaşı var.
Xatırladaq ki, San Antonio NBA-nın adi mövsümünün son 14 oyununda uduzmasına
baxmayaraq, Vembanyama O'Nilin rekordunu qırıb. "Spurs" Qərb Konfransının turnir
cədvəlində sonuncu yerdədir.


20663 oxunub

InvestAZ