XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pəhləvanlarımız dünya çempionatını 21 medalla başa vurdular
İdman 16:20 / 02.12.2023

Bakıda keçirilən güləş üzrə hərbçilər arasında 36-cı dünya çempionatı Azərbaycan pəhləvanları üçün 21 medalla yadda qalıb. "Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. Klassiklərimizdən Nihad Quluzadə (60 kq) qızıl medala layiq görülüb. Digər idmançılarımızdan Laçın Vəliyev (87 kq) gümüş, Qurban Qurbanov isə (77 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, Azərbaycan idmançıları çempionatın əvvəlki günlərində 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.


18972 oxunub

InvestAZ