XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Neymarın sevgilisi açıqlama verib
İdman 11:40 / 02.12.2023
Braziliyalı model Bruna Biankardi "Əl-Hilal"ın hücumçusu Neymarla artıq münasibətinin olmadığını açıqlayıb. Bu barədə o, sosial şəbəkələrdən birində məlumat verib.
"Bu, şəxsi məsələdir, lakin bu, hər gün mediada müzakirə olunduğu üçün sizə bildirirəm ki, hazırda onunla münasibətim yoxdur. Biz Mavianın valideynləriyik və ümumi cəhətlərimiz budur. Ümid edirəm ki, məni tez-tez müzakirə etməyi dayandıracaqsınız. Təşəkkür edirəm”, - deyə Biankardi yazıb.
Qeyd edək ki, oktyabrın 7-də cütlüyün Mavia adlı qızı dünyaya gəlib. Bununla da Neymar ikinci dəfə ata olub. Bundan əvvəl o, braziliyalı model Karolina Dantas ilə münasibətdə olub. Onların 12 yaşlı Davi Lucca adlı oğlu var.

18563 oxunub

InvestAZ