XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qrossmeysterlərimiz reyqtinqdə gerilədilər
İdman 16:43 / 01.12.2023

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2723 xalla 9 pillə geriləyərək 26-cı sırada qərarlaşıb. Onunla eyni xalı bölüşən Teymur Rəcəbov (2723) 14-cü yeri 27-yə dəyişib.

2651 xalı olan Rauf Məmmədov 9 pilləlik sıçrayışla 90-cı yerə yüksəlib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2641) 53-cü sıradan 98-ə enib. Rauf Hüseynov isə reytinq cədvəlini tərk edib.

Siyahıya norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2794), üçüncü sırada isə onun həmyerlisi Hikaru Nakamura (2788) yer alıb.

Qadın şahmatçılar arasında ən yaxşı göstəriciyə malik Günay Məmmədzadə (2449) 2 pillə irəliləyərək 27-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Abdullayeva (2374) 77-ci, Xanım Balacayeva 98-ci və Gülnar Məmmədova (hər ikisi 2350) isə 99-cu yerləri tutublar.


20621 oxunub

InvestAZ