XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün daha 7 güləşçimiz xalça üzərinə çıxacaq
İdman 11:16 / 01.12.2023

"Sərhədçi” İdman Mərkəzində keçirilən Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir. Üçüncü yarış günündə daha 7 idmançımız xalça üzərinə çıxacaq. "Sərhədçi” İdman Mərkəzində təşkil olunan mundialda 5 kişi və 2 qadın güləşçimiz xalçaya çıxacaq.

Yunan-Roma güləşçilərinin yarışında Fərid Sadıxlı (55 kiloqram), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq), Azad Əliyev (82 kq) və Murad Əhmədiyev (97 kq) qüvvələrini sınayacaqlar.

Qadınların mübarizəsində isə Jalə Əliyeva (57 kq) ilə Birgül Soltanova (62 kq) medallar uğrunda yarışacaqlar.

Azərbaycan yığması ilk iki gündə 6 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb və hazırda komanda hesabında birinci yerdədir.

Yarış dekabrın 3-dək davam edəcək.


19953 oxunub

InvestAZ