XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Hərbçilər arasında dünya çempionatından daha beş medal
İdman 20:10 / 30.11.2023

Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında ikinci yarış gününə yekun vurulub. Bu gün mübarizəyə qoşulan 7 təmsilçimizdən 5-i fəxri kürsüyə yüksəlib. Onlardan Ruzanna Məmmədova (59 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala yiyələniblər.

Bu gün çıxış edən digər milli üzvlərindən Zəfər Əliyev (97 kq) və Rahid Həmidli (125 kq) məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub.


20595 oxunub

InvestAZ