XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Kuboku: 1/8 finalın bütün cütlükləri müəyyənləşdi
İdman 19:18 / 30.11.2023
Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Mərhələnin sonuncu oyun günündə iki qarşılaşma təşkil olunub.

"Şamaxı” klubu səfərdə "Zaqatala"ya minimal hesabla qalib gəlib -0:1. Bu qələbədən sonra "Şamaxı” klubu 1/8 finala adını yazdırıb. Klub növbəti mərhələdə "Səbail"lə qarşılaşacaq.

Günün digər matçında isə "İmişli" klubu doğma meydanda "Mingəçevir"lə qarşılaşıb. "İmişli” komandasın oyunda minimal hesablı (1:0) qələbə qazanaraq n finaldakı rəqibi "Qəbələ" klubu olacaq.

Qeyd edək ki, daha əvvəl "Karvan", "İrəvan", MOİK, "Səbail", "Turan Tovuz", "Qaradağ Lökbatan”, "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" komandaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

Bununla da ölkə kubokunda səkkizdəbir final mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Qeyd edək ki, növbəti turun qarşılaşmaları dekabrın 19-21-də keçiriləcək.


Azərbaycan Kuboku

Səkkizdəbir final

"Səbail" – "Şamaxı”

"Zirə” - "Turan Tovuz"

"İrəvan" - "Araz-Naxçıvan"

"İmişli” - "Qəbələ”

"Sumqayıt" - "Karvan"

"Neftçi” - "Qaradağ Lökbatan"

"Kəpəz" - "Sabah”

"Qarabağ” - MOİK




22313 oxunub

InvestAZ