XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qadınların idmandakı gəlirləri artır
İdman 17:44 / 30.11.2023

Məşhur audit və konsaltinq şirkəti «Deloitte» qadınların elit idman növlərindəki gəlirləri ilə bağlı araşdırma aparıb. Yekun nəticələrə əsasən 2024-cü ildə onların qazancları ilk dəfə olaraq 1 milyard dolları keçəcək. «Reuters»in yaydığı xəbərə əsasən, «Deloitte»nin 1,28 milyard dollarlıq proqnozlaşdırdığı gəlir matç, yayım və kommersiya gəlirlərindən ibarətdir. Bu, şirkətin üç il əvvəl apardığı qiymətləndirmənin nəticələrindən 300 faiz çoxdur.

"Qadın idmanı getdikcə kişilərin elit idman növündən getdikcə fərqlənən unikal məhsul kimi görünür. Azarkeş və investorların cəlb olunmasından sonra bu artım klublar və liqalar üçün yeni və təkmilləşdirilmiş imkanlar yaradıb”, - «Deloitte Sports Business Group Insights» rəhbəri Cennifer Haskel bildirib. Araşdırmaya görə liqalar və komandalar arasında kommersiya sövdələşmələri gəlirin 55 faizini təşkil edəcək. Yayım satışları isə 27 faiz olacaq. 2023-cü ilə müqayisədə növbəti il gəlirlər 5 faiz artaraq, ümumi gəlirin 19 faizini təşkil edəcəyi gözlənilir.


21070 oxunub

InvestAZ