XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ər-Riyadda CR7 muzeyi
İdman 22:24 / 27.11.2023

Səudiyyə Ərəbistanında "Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun şərəfinə muzey açılıb. Bu barədə portuqaliyalı futbolçu özünün sosial şəbəkə hesablarında yazıb: "Bu mənim hekayəmdir. Madeyradan Səudiyyə Ərəbistanına qədər mənim imzam olan CR7 muzeyim indi Ər-Riyadda açıqdır”.

Muzeydə Ronaldonun fanatları onun köynəkləri, şəxsi mükafatları və ayaqqabıları kimi şəxsi xatirə əşyalarının unikal kolleksiyasını araşdıra bilərlər. Muzeydə həmçinin hücumçunun bir çox kubok və medalları nümayiş etdirilir. Muzeydə Ronaldonun mum heykəli də nümayiş etdirilir.

Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.



26024 oxunub

InvestAZ