XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“İdman hamı üçün” layihəsi çərçivəsində tədbir keçirilib
İdman 21:20 / 27.11.2023

Masallıda şəhərində yerləşən Nizami Gəncəvi adına parkda "İdman hamı üçün” layihəsi çərçivəsində açıq hava şəraitində kütləvi idman tədbiri keçirilib. Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin

nəzdində fəaliyyət göstərən Masallı Uşaq Gənclər İdman Məktəbinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllimlərinin rəhbərliyi altında voleybol, futbol və sərbəst güləş idman növləri üzrə nümunəvi

çıxışlar göstərilib. Böyük maraqla qarşılanan çıxışlara 60 nəfər idmançı olmaqla xeyli şəhər sakin də qoşulub.

Tədbirin təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclərin diqqətini idmana yönəltmək, rayonda idmanın kütləviliyini artırmaq, sağlam həyat tərzinə çağırış, eləcə asudə vaxtın səmərəli keçirilməsindən ibarət olub.


20667 oxunub

InvestAZ