XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə çempionatında növbəti turun oyunları keçirilib
İdman 18:42 / 27.11.2023

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyunları təşkil olunub. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, kişi həndbolçuların mübarizəsində III tura "İdman Akademiyası” - "Azəryol” görüşü ilə start verilib. Rəqibindən üstün oyun nümayiş etdirən "Azəryol” mövsümdə ilk qələbəsini qazanıb - 45:36.

"Bakı” - "Dinamo” matçında nominal ev sahibinin qələbə qazanacağına inananlar yanılmayıblar. Hücumları daha kəsərli alınan "Bakı” həndbolçuları azarkeşlərini sevindiriblər - 46:21.

Bu turadək çempionata şərikli liderlik edən "Kür”lə "Qarabağ”ın qarşılaşması daha böyük maraqla gözlənilirdi. Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turun mərkəzi matçı gərgin mübarizə şəraitində keçib. Oyun "Kür”ün 27:20 hesablı qələbəsi ilə başa çatıb.

Qadınların yarışında da eyniadlı komanda 3-cü turda qalib gəlib. Doğma meydanda "Bakı” kollektivini qəbul edən Mingəçevir təmsilçisi rəqibə heç bir şans verməyib - 48:8. Turun digər matçında isə "Azəryol” "İdman Akademiyası”nı 41:21 hesabı ilə məğlub edib.


24641 oxunub

InvestAZ