XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sağlam həyat, sağlam gələcək” devizi altında voleybol yarışı keçirilib
İdman 18:02 / 27.11.2023

Yardımlı şəhər 4 saylı tam orta məktəbdə "Sağlam həyat, sağlam gələcək” devizi altında qızlar arasında voleybol üzrə turnir keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı

rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən turnirdə əvvəlcə Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra tədbir iştirakçıları çıxış edərək Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, uğurlu islahatların nəticəsi olaraq beynəlxalq idman tədbirlərində gənclərin nailiyyətlərini gündən-günə artırdığını bildiriblər. Çıxışlardan sonra qızlar arasında voleybol yarışına start verilib. Gərgin mübarizə şəraitində keçən turnirin yekununda birini və ikinci yeri tutan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom, medal və kuboklarına layiq görülüblər.


21083 oxunub

InvestAZ