XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sağlam həyat tərzi və idmanın təbliği” məqsədilə tədbir keçirilib
İdman 15:05 / 27.11.2023

Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə sağlam həyat tərzi və idmanın təbliği məqsədilə məktəb şagirdləri ilə görüş keçirilib. Görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı baş tutub. 

Cüdo idman növü üzrə Əməkdar məşqçi Xanağa Quliyevin, taekvondo idman növü üzrə yeniyetmələr arasında Azərbaycan çempionu Mətləb Əliyevin iştirak etdiyi tədbirdə çıxış edənlər ölkədə idmana göstərilən dövlət qayğısından, Masallıda idmanın inkişafı üçün yaradılmış şərait və rayonda fəaliyyət göstərən idman bölmələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Həmçinin sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin təşkili istiqamətində burada son illər görülən işlər təhlil olunub. İştirakçıları düşündürən suallara cavab verməklə bərabər, irəli sürülən təkliflər də dinlənilib.


24333 oxunub

InvestAZ