XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Vüqar Həşimov Memorialı”: İştirakçıların siyahısında dəyişiklik oldu
İdman 13:40 / 27.11.2023

Dekabrın 8-11-də Qəbələdə təşkil olunacaq "Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub. Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Polşa təmsilçisi Yan-Kşiştof Duda Təşkilat Komitəsinə səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müraciət ünvanlayıb.

Onun əvəzinə Hindistan şahmatçısı Arcun Eriqaysi ilk dəfə "Vüqar Həşimov Memorialı”na dəvət olunub.

14 yaşında beynəlxalq qrossmeyster olan Arcun Eriqaysi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı keçiriləcək.


22265 oxunub

InvestAZ