XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Gənc Fest”in bağlanış mərasimi keçirilib
İdman 10:04 / 27.11.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, gənclərlə görüşünün 30 illiyinə həsr olunan "Gənc Fest”in bağlanış mərasimi olub.

Avropa Oyunları Parkında keçirilən tədbirdə Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək festivalın əsas məqsədinin gənclər üçün maraq kəsb edən layihələrin kiçik modelinin göstərilməsi olduğunu vurğulayıb.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov festivalda fəal iştirak edən gənclərə təşəkkürünü bildirib.

"Gənc Fest”də fəallığı ilə seçilən gənclər dörd gün davam edən tədbirdə qazandıqları təcrübədən danışıblar.

Sonda konsert proqramı təşkil olunub. Tanınmış incəsənət ustaları Murad Arifin və Tünzalə Ağayevanın maraqlı ifaları gənclər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutan festivalda iştirakçılar üçün debatlar, effektiv komanda işi, yanğın təhlükəsizliyi, ilkin tibbi yardım, ilkin hərbi hazırlıq, teatr sənəti, polimer gil və müasir incəsənət haqqında master-klaslar təşkil olunub.


23448 oxunub

InvestAZ