XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Premyer Liqası: “Neftçi” - “Araz Naxçıvan” oyununda qalib müəyyənləşmədi
İdman 18:12 / 26.11.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları keçirilir. Turun sonuncu oyun günündə "Neftçi” komandası "Araz-Naxçıvan”ı qəbul edib. "Neftçi Arena”da keçirilən oyunda hesab 41-ci dəqiqədə açılıb. Ağ-qaraların heyətində müdafiəçi Yuri Matias fərqlənib. Lakin flaqman üstünlüyün sona qədər qoruya bilməyib. Qonaqlar Orxan Əliyevin 90+3-cü dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

Hazırda 14 oyundan sonra "Araz Naxçıvan” komandası 21 xalla beşinci, aktivində 19 xalı olan "Neftçi” isə 6-cıdır.


21701 oxunub

InvestAZ