XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İSSF-nin Baş Assambleyasının 12-ci iclası keçiriləcək
İdman 17:25 / 26.11.2023

Noyabrın 27-də Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddaİslam Həmrəyliyi İdman Federasiyasının(İSSF) 12-ci Baş Assambleyası keçiriləcək.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən verilən məlumata görə, iclasda ölkəmizi Azərbaycan MOK-nun vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev təmsil edəcəklər.

Assambleyada İSSF-nin institusional strategiyası və oyunlar strategiyası üzrə seminar olacaq. Daha sonra İSSF-nin 12-ci Baş Assambleyasının iclası öz işinə başlayacaq.

İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılacaq.
Baş Asambleyanın iştirakçıları Səudiyyə Oyunları-2023-ün açılış mərasimində də iştirak edəcəklər.

Qeyd edək ki, İSSF-nin Baş Assambleyasından əvvəl İdarə Heyətinin 36-cı onlayn iclası təşkil olunub və bir sıra məsələlər müzakirə edilib.



24801 oxunub

InvestAZ