XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sonq Nurməhəmmədovu döyüşə çağırır
İdman 16:51 / 26.11.2023
UFC-nin ağır çəki dərəcəsində mübarizə aparan çinli MMA döyüşçüsü Yadonq Sonq rusiyalı döyüşçü Umar Nurməhəmmədova qarşı döyüşmək arzusundadır. "Mən həqiqətən Umarla döyüşməkdə maraqlıyam. Mən bunu bacara bilərəm. Onun öz üstünlükləri var, mənim də öz üstünlüklərim. Onun yaxşı güləşi və taktikası var. Mənim daimi təzyiqim və yaxşı ciu-citsu qabiliyyətim var” - deyə o, BJ Penn saytına bildirib.
Xatırladaq ki, Yadonq Sonqun qarışıq döyüş növləri üzrə peşəkar rekordu 20-1-7-dir. Çinli növbəti döyüşünü dekabrın 9-da UFC Fight Night 233-də amerikalı Kris Qutyerresə qarşı keçirəcək. Umar Nurməhəmmədov isə 16 döyüşdə 16 qələbə qazanıb. Onun növbəti döyüşü hələ açıqlanmayıb.

25162 oxunub

InvestAZ