XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Klopp: “Onları sakitləşdirməyə çalışdım”
İdman 14:03 / 26.11.2023
"Liverpul"un baş məşqçisi Yurgen Klopp RPL-in 13-cü turunun oyunundan sonra mersisaydlıların hücumçusu Darvin Nuneslə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola (1:1) arasında yaranan münaqişədən danışıb. "Bu vəziyyətin tarixi rəqabətlə heç bir əlaqəsi yoxdur.
İkisini də sevirəm, ona görə də nə baş verdiyini 100 faiz bilmədən onları sakitləşdirməyə çalışdım. Hisslərə qapılmaq olmaz. Pep qazanmaq istəyir, biz də qazanmaq istəyirik. Matçda heç kim qalib gəlmədi, buna görə də əsəblər gərildi, - deyə Klopp Metro portalına bildirib.
Qeyd edək ki, "Mançester Siti” (29 xal) 13 oyundan sonra Premyer Liqada ikincidir. "Liverpul" (28) turnir cədvəlində ilk üçlükdədir.


21228 oxunub

InvestAZ