XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: “Zirə” yenidən liderliyi ələ keçirə biləcəkmi?
İdman 11:33 / 26.11.2023

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına yekun vurulacaq. Sonuncu oyun günündə daha iki qarşılaşma təşkil olunacaq.

Günün ilk oyununda meydana əvvəlcə "Neftçi” və "Araz-Naxçıvan” komandaları çıxacaq. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların mübarizəsinə saat 15:30-da "Neftçi Arena”da start veriləcək.

Turun son oyunu isə Sumqayıtda təşkil olunacaq. "Kapital Bank Arena”da şəhərin eyniadlı komandası "Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun komandası oyunda qələbə qazanacağı təqdirdə yenidən "Qarabağı” bir xal qabaqlayaraq liderliyi ələ keçirəcək.


24241 oxunub

InvestAZ