İdman 11:11 / 26.11.2023
Qazaxıstanın Karaqanda şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 5 ölkədən 200-dək idmançının iştirak etdiyi yarışda Azərbaycan boksçuları 2 qızıl, 2 gümüş medal qazanıblar. Yığmamızın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərov(54 kq) və Səftər Məmmədzadə (+80 kq) isə yalnız finalda məğlub olaraq ikinci yerlə kifayətləniblər.
Qeyd edək ki, yarışlarda ədalət təmsilçisi qismində çıxış edən Azərbaycanlı hakim Asif Məmmədov yarışın ədalətli hakimi seçilib.