XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionumuz sevinc təəssüratlarını bölüşüb
İdman 10:42 / 26.11.2023

İtaliyanın Montesilvano şəhərində keçirilən şahmat üzrə 18 yaşlı qızlar arasında dünya birinciliyinin qalibi olan zəka sahibimiz Ayan Allahverdiyeva Vətənə qayıdıb. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Şahmatçı jurnalistlərlə yarışla bağlı təəssüratlarını bölüşüb. "Rəqiblərim çox güclü idilər. Xüsusən də Qazaxıstan, Ukrayna, Rusiya, Amerika şahmatçıları güclü oyun nümayiş etdirirdilər. Bu səbəbdən də gərgin görüşlərim oldu. Ötən il dünya çempionatında ikinci yeri tutmuşdum. Bu il isə birinci yerə çıxa bildim. Bəzi səhvlərimi düzəldə bildim. Bu yarışda təcrübə də çox kömək oldu. Allaha şükür hər şey yaxşı oldu. Üç dəfə heç-heçə etdim, səkkiz oyunda isə qalib gələrək 9,5 xal topladım. Bu, mənim ən böyük uğurum idi. Qeyd edim ki, bundan əvvəl 3 dəfə Avropa çempionu olmuşam”, - deyə zəka sahibi qeyd edib.

Qeyd edək ki, dünya birinciliyində 94 ölkədən minə yaxın şahmatçı iştirak edib.


20752 oxunub

InvestAZ