XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avro-2024: Faktlar və rekordlar - II hissə
İdman 10:03 / 26.11.2023

2008-ci ildən bəri ilk dəfə qitə yarışında bir Skandinaviya komandası oynaya bilər

Skandinaviya ölkələrindən danışırıqsa, o zaman yalnız Danimarka komandası Avro-2024-ə birbaşa vəsiqə alıb. Mütəmadi olaraq qitə birinciliyində iştirak edən isveçlilər bu mübarizədən kənarda qalıb. Norveç də turnirin final mərhələsinə vəsiqə qazana bilməyib. Yalnız İslandiyanın pley-off mərhələsinə vəsiqə qazanmaq şansı var. Onlar İsraillə həlledici oyuna çıxacaq. Əgər qalib gəlsələr Ukrayna - Bosniya və Herseqovina matçının qalibi ilə üz-üzə gələcəklər. Sonuncu dəfə bir Skandinaviya komandası Avropa çempionatında yalnız 2008-ci ildə iştirak edib. Bu İsveç millisi olub. Statistikaya görə 2012-ci ildə İsveç və Danimarka, 2016-cı ildə İsveç və İslandiya, Avro-2020-yə isə yenidən İsveç və Danimarka vəsiqə qazanıb.


2000-ci ildən bəri ilk dəfə keçmiş SSRİ-dənkomanda olmaya bilər

Hazırda keçmiş SSRİ ölkələrini təmsil edən komandaların heç biri Avropa çempionatına vəsiqə qazanmayıb. Rusiya yığması beynəlxalq yarışlardan kənarlaşdırılıb və seçmə mərhələdə iştirak etməyib. Belarus, Ermənistan, Azərbaycan, Litva, Latviya, Estoniya və Moldova vəsiqə qazana bilməyiblər. Ukrayna, Gürcüstan və Qazaxıstanın hələ də pley-offdan keçmək şansı var. Bununla belə, Gürcüstan və Qazaxıstan ilk mərhələdəki görüşlərində qalib gəlsələr,bir-biri iləüz-üzə gələcəklər.

Hazırladı: Anar Əhmədov



21875 oxunub

InvestAZ