XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Minifutbol turnirinin açılış mərasimi keçirilib
İdman 20:14 / 25.11.2023

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi keçirilib. Tədbirə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov iştirak ediblər. İştirakçı komandaların paradından sonra ümummilli lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Taleh Nəsibov, Sərxan Hacıyev və Fərid Qayıbov bütün komandalara uğurlar arzulayıblar. Onlar ötənilki yarışın da maraqlı alındığını vurğulayıblar.

Dövlət Himninin səslənməsindən sonra turnir açıq elan olunub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparır.

2024-cü il mayın 6-dək davam edəcək turnirin qarşılaşmaları şənbə və bazar günləri keçiriləcək.



24280 oxunub

InvestAZ