XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qəbələ” sonuncu pillədən xilas oldu
İdman 19:21 / 25.11.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam edir. Bu gün turun ikinci oyun günü çərçivəsində növbəti oyun keçirilib.

Günün ikinci matçında "Qəbələ" klubu doğma meydanda "Turan Tovuz" klubunu qəbul edib. Oyun "Qəbələ” komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb -4:0. Matçda hesab 42-ci dəqiqədə açılıb. Bilel Auaşeriya komandasını hesabda önə keçirib. Fransalı futbolçu 7 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşmanın ikinci hissəsində isə Samuel Tetteh "Qəbələ”nin üstünlüyünü üç topa çatdırıb. Matçın 85-ci dəqiqəsində Bilel Auaşeriya növbəti dəfə fərqlənməklə matçda vurulan sonuncu qolun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "Qəbələ" sonuncu sıradan xilas olaraq 9-cu pilləyə yüksəlib. Tovuz təmsilçisi isə 15 xalla 8-cidir.


22728 oxunub

InvestAZ