XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: “Səbail” - “Kəpəz” oyununda hesab açılmadı
İdman 16:17 / 25.11.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam edir. Turun ikinci oyun günündə "Səbail" klubu "ASCO Arena”da bölgə təmsilçisi "Kəpəz"i qəbul edib.

Tərəflərin cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb. Beləliklə, "Səbail” klubu bu nəticədən sonra 22 xalla üçüncü pillədə qərarlaşıb. Aktivində 10 xalı olan Gəncə təmsilçisi isə 9-cudur.

Qeyd edək ki, bu gün 14-cü tur mərçivəsində daha bir oyun keçiriləcək. Günün ikinci oyununda "Qəbələ" klubu doğma meydanda "Turan Tovuz"la qarşılaşacaq.

Xatırladaq ki, ötən gün keçirilən turun açılış oyununda "Qarabağ" klubu səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyərək liderliyi ələ keçirib.
28407 oxunub

InvestAZ