XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ADBTİA və Rusiya Universiteti arasında memorandum imzalanıb
İdman 16:37 / 25.11.2023

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyevin rəhbərliyi ilə ADBTİA nümayəndə heyəti Rusiyanın Kazan şəhərində səfərdədir.

ADBTİA-dan verilən məlumata görə, səfər çərçivəsində ASAPES və Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında memorandum imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında ümumi maraqları əhatə edən tədris, elm və beynəlxalq əlaqələr sahələri üzrə əməkdaşlıq məsələləri rəsmiləşdirilib.

Eyni zamanda Fuad Hacıyev Tatarıstan Respublikası Baş nazirinin müavini Leyla Fazleyeva ilə görüşüb.

Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun müşayiəti ilə respublika Nazirlər Kabinetində baş tutan görüşdə kadrların birgə hazırlanması məsələləri müzakirə olunub.

Tərəflər həmçinin təhsil, tərbiyə məsələlərini, bədən tərbiyəsi və idman sahəsində birgə elmi tədqiqatların mümkün variantlarını müzakirə ediblər.


24417 oxunub

InvestAZ