XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tenor tennisçini ağlatdı
İdman 15:51 / 25.11.2023

Dünyanın keçmiş bir nömrəsi, isveçrəli Roje Federer məşhur italyalı tenor Andrea Boçellinin Sürixdə verdiyi konsertdə göz yaşlarını saxlaya bilməyib. Tamaşanın sonunda Boçelli həmin axşam zalda "canlı əfsanənin” olduğunu bildirib və R.Federeri səhnəyə dəvət edib. "Son ariyamı ona həsr etmək mənim üçün şərəfdir”. Hamıya bəxş etdiyi duyğulara görə”, - Boçelli bildirib.Tenor Cakomo Puççininin "Turandot” operasından Nessun Dorma ariyasını ifa edib. Tamaşa zamanı 42 yaşlı idmançı emosiyaya qapılıb və ağlayıb.

Qeyd edək ki, Roje Federer2022-ci ilin sentyabrında idmandan getdiyini elan edib. O, 20 dəfə "Böyük dəbilqə” titulunu qazanıb. 2008-ci il Pekin Olimpiadasında cütlüklərdə qızıl medal, 2012-ci il London Olimpiya Oyunlarında isə fərdi yarışlarda gümüş medal əldə edib.


21816 oxunub

InvestAZ