XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək
İdman 11:53 / 25.11.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam edir. Turun ikinci oyun günündə daha iki qarşılaşma təşkil olunacaq.

Günün ilk oyununda "Səbail” klubu "ASCO Arena”da bölgə təmsliçisi "Kəpəz”i qəbul edəcək. Oyuna saat 14:00-da start veriləcək. Hazırda "Səbail” klubu 13 oyundan sonra 21 xalla dördüncü, "Kəpəz” isə 9 xalla 9-cudur.

Günün ikinci oyununda isə "Qəbələ” klubu doğma meydanda "Turan Tovuz”la üz-üzə gələcək. Oyunun start fiti 16:00-da veriləcək.

Hazırda aktivində 15 xal olan Tovuz təmsilçisi səkkizinci, 13 oyundan 8 xal toplayan "Qəbələ” isə sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlinə 14 oyundan 29 xal toplayan "Qarabağ” klubu başçılıq edir. Sabah "Sumqayıt” klubu ilə qarşılaşacaq "Zirə” komandası isə liderdən iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb. "Aktivində 21 xalı olan "Sumqayıt” klubu isə üçüncü pillədə yer alır.


21186 oxunub

InvestAZ