XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Zenit” BTİC İB-in boksçuları beynəlxalq turnirdə 5 medal qazanıblar
İdman 10:10 / 25.11.2023

Almaniyanın Frankfurt Mayn şəhərində yeniyetmə və gənclər arasında boks üzrə beynəlxalq turnir keçirilib. 5 ölkədən110 idmançının iştirak etdiyi yarışdaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin boksçuları da mübarizə aparıblar.İdman Cəmiyyətinin boks bölməsi üzrə məşqçi-müəllimi, Əməkdar məşqçi Ceyhun Rüstəmovun rəhbərliyi ilə altında 7 boksçu mükafatlar uğrunda mübarizə aparıb. "Zenit” BTİC İB-in yetirmələrindən Mehran Rəsulov və Yusif Ağakişiyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əhəd Rüstəmli və Yusif Məmmədov isə yalnız finalda məğlub olaraq 2-ci yerlə kifayətlənib.

Nursultan Soltanlı isə turnirin bürünc medalına sahib çıxıb.

Beləliklə, "Zenit” BTİC İB-in yetirmələri 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.


23196 oxunub

InvestAZ