XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paderbornda qızıl medal sorağı
İdman 08:57 / 25.11.2023

Almaniyanın Paderborn şəhərində sudo idman növü üzrə dünya çempionatı keçirilib. Yarışda 56 ölkəni təmsil edən 350-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb. Çempionatda ölkəmizi sudo idman növünün kata yarışlarında Samir Səlimov təmsil edib. Təmsilçimiz yarışda uğurla çıxış edərək dünya çempionu adını qazanıb. Qələbə sevincini "Olimpiya dünyası” qəzeti ilə bölüşən idmançımız ötən il də dünya çempionatında iştirak etdiyini və ölkəmizə qələbə ilə qayıtdığını qeryd edib. "Dünya çempionatı keçən il olduğu kimi, bu il də Almaniyanın Paderborn şəhərində keçirilirdi. Ötən ilki mundialda semi kontaktda ikinci, full kontakda isə üçüncü yeri tutmuşdum. Yarışdan sonra ciddi zədə səbəbindən bir müddət yarışlardan kənarda qaldım. Demək olar ki, 8 ay idi ki, əzələmdəki zədənin bərpası ilə məşğul idim. Hətta bu yarışa da zədəli olaraq çıxış edirdim. Lakin buna baxmayaraq çempion adını qazanaraq, ölkəmizin bayrağını Almaniyada dalğalandırdım”, - deyə Samir Səlimov qeyd edib.


22002 oxunub

InvestAZ