XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda Ədalətli Oyun Təhsili ilə bağlı konqres keçiriləcək
İdman 23:02 / 22.11.2023

Noyabrın 23-24-də Bakı Hilton hotelində İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili ilə bağlı konqres keçiriləcək.

Proqrama əsasən konqresin ilk günündə keçiriləcək Təşkilat Komitəsinin iclasında təşkilati məsələlərin vəziyyəti, son məlumatlar, cədvəl və konqresin protokolu haqqında müzakirələr aparılacaq.

Sonra AƏOH-un İK-nin üzvləri, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət edəcəklər.

Günün ikinci yarısında keçiriləcək AƏOH İcraiyyə Komitəsinin iclasından sonra isə Qala Gecəsi olacaq.

Konqresin ikinci günündə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un baş katib Azər Əliyev, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, AƏOH-un prezidenti Filip Üzyo, BƏOK-un prezidenti Jeno Kamuti və media nümayəndələri iştirak edəcəklər.

Konqresdə İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili haqqında fikir mübadiləsi və müzakirələr aparılacaq.



26250 oxunub

InvestAZ