XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Voleybol məşqçiləri üçün təşkil olunmuş beynəlxalq texniki kurs başa çatıb
İdman 21:22 / 22.11.2023

Bakıda voleybol məşqçiləri üçün təşkil olunmuş Level-3 beynəlxalq texniki kursa noyabrın 22-də yekun vurulub. Texniki kurs Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilib.

Ümumilikdə 14 nəfərin (11 yerli, 3 xarici) iştirak etdiyi kursun rəhbəri FIVB-nin məşqçi-instruktoru almaniyalı Peter Nonnenbroiç, ikinci təlimçi isə rumıniyalı Dan Girleanu olub. Nəzəriyyə və təcrübədən ibarət olan kurs Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində və AVF-nin İdman zalında təşkil edilib.

Noyabrın 20-22-də mütəxəssislər praktiki və nəzəri imtahanlarda iştirak ediblər. Ümumilikdə 9 iştirakçı (7 yerli, 2 xarici) imtahanlardan uğurla keçərək FIVB-nin ən yüksək Level-3 dərəcəli beynəlxalq sertifikatına və BOK-un Olimpiya Həmrəyliyinin iştirakçı sertifikatına layiq görülüb.

Kursun sonuncu günündə Voleybol Mərkəzində seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə AVF-nin baş katib Faiq Orucov, MOK-un Beynəlxalq proqrqmlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, Peter Nonnenbroiç, Dan Girleanu və digər qonaqlar iştirak ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Level-3 kursu ölkəmizdə bütün idman növləri arasında ilk dəfədir ki, voleybol idman növü üzrə keçirilib.



21379 oxunub

InvestAZ