XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa birinciliyi: zəka sahiblərimiz II turda qələbə qazandılar
İdman 12:49 / 13.11.2023

Kişilərdən və qadınlardan ibarət şahmat üzrə Azərbaycan milliləri Monteneqroda keçirilən Avropa birinciliyinin II turunda qələbə qazanıblar.

İlk turda Danimarkaya məğlub olan kişi şahmatçılar bu dəfə Slovakiyanı 2,5:1,5 hesabı ilə üstələyiblər. Yığmanın heyətində Rauf Məmmədov rəqibini məğlub edib, Teymur Rəcəbov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıblar.

Qadınlardan ibarət Azərbaycan millisi isə itkisiz irəliləyir. Startda Sloveniyadan güclü olan yığma hesabat turunda Niderlanda qalib gəlib - 2,5:1,5. Günay Məmmədzadə heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Gülnar Məmmədova qələbə qazanıblar. Gövhər Beydullayeva isə məğlub olub.

Bu gün Avropa birinciliyində III turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveç, qadınlar isə Polşa ilə qarşılaşacaqlar.



23576 oxunub

InvestAZ