XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Xankəndi şəhər stadionunda təmir işləri aparılır
İdman 22:59 / 12.11.2023
Lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi ilə həmin ərazilərdəki idman infrastruktlarımız da yeni quruculuq dövrünə qədəm qoyub. Həmin ərazilərdə, xüsusilə Xankəndi şəhər stadionunda təmir işləri aparılır. Bu günlərdə isə həmin stadionun Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilməsi ilə bağlı açıqlama verilib. AFFA-dan verilən məlumata görə hazırda stadionda aparılan yenidənqurma işləri ilə Gənclər və İdman Nazirliyi məşğul olur. Stadionda görülən tədbirlərə bilavasitə nazirlik tərəfindən nəzarət edilir. Məlumata görə, bir müddət əvvəl başlanılan söküntü işlərinin ilkin mərhələsi başa çatıb. Qondarma rejimin "bayrağ”ının rənglərində olan oturacaqlar artıq sökülərək zibilliyə atılıb. Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri də sökülüb.

27644 oxunub

InvestAZ