XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: "Qarabağ" bu gün Bakıda "Bayer"lə qarşılaşacaq
İdman 14:08 / 09.11.2023

Bu gün Azərbaycanın "Qarabağ" futbol komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Komandamız H qrupundakı dördüncü matçda Almaniyanın "Bayer" komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Oyunun baş hakimi ingiltərəli Kreyq Pouson olacaq. Bu komandalar arasında Almaniyada keçirilən görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı. 

Qeyd edək ki, hazırda Almaniya təmsilçisi 9 xalla qrupa başçılıq edir. "Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb. Qonaqlar Bakıda qalib gələcəyi halda, 1/8 finala vəsiqəni təmin edəcəklər.

Qrupun digər görüşündə isə "Hekken” İsveçdə Norveçin "Molde” klubu ilə üz-üzə gələcək. 



26257 oxunub

InvestAZ